Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şam görmək

Şam – inam, rahatlıq, romantika, asketizm rəmzidir. Gecə pəncərədən şam işığını görmək – qoca yaşlarınızda cavanlığınızda olduğu kimi sevilən və həsrəti çəkilən olacaqsınız. Yola atılmış mumlar götürmək – bədbəxtlik əlamətidir ki, bu da din tərəfdarlarının təqib olunaraq sürgünə göndərilməsi ilə bağlı olacaq.Səməda şam işığını xatırladan parıldama görmək – istənilən gözlənilməz hadisəni olduğu kimi qəbul etməyə hazır olun.Yeni biliklər qazanaraq onların vasitəsilə köməyə ehtiyacı olanlara yardım edin. Yuxuda şamların olduğu mərasim görmək yazda bir çox insanların həyatına son qoyacaq bədbəxt hadisə baş verəcək. Yuxuda şamla işıqlandırılmış küçə boyu getmək – sevginizin hələ qabaqda olduğuna işarədir. Yuxuda saysız-hesabsız şamların yandığı şamdan hədiyyə almaq o deməkdir ki, çətin məqamlarda mənəvi müəlliminiz sizi tək qoymayacaq və öz enerjinizi bir yerə cəmləməyə imkan verəcək. Gözündə yanan şam işığının əksi olan canavar görmək – din və əxlaqın arxasında daldalanaraq zənginləşməyə və istənilən yolla hakimiyyətə can atan insandan qorunun. Küləyin bütün şamları üfürərək söndürdüyünə şahid olmaq mənəvi yeniliklərlə bağlı niyyətlərinizi həyata keçirməyə mane olan pislik, yamanlığa işarədir. Şamı yandırmaq üçün uğursuz cəhdlər sizi hər addımda izləyəcək təhlükəyə işarədir.



Yuxuda yanan şam görmək yaxşı əlamətdir. Belə yuxu bütün planetdə çoxdan bəri gözlənilən sakitlik və sülhdən xəbər verir. Adamlar barış və bolluq içərisində yaşayacaqlar, qəddar hökmdarlar, pis adamlar, yoxsullar və zənginlər olmayacaq. Gecə pəncərədə şam işığı görmək sizin istənilən ən çətin tapşırıqların öhdəsindən gəlməyinizə kömək edəcək ali qüvvənin himayəsi altında olmanız deməkdir. Real həyatda bu himayədarlıq sizin bütün hərəkətlərinizə və addımlarınıza yorulmadan izləyən çox nüfuzlu bir şəxsin simasında ifadə ounur. Baxmayaraq ki, siz hətta onun mövcudluğuna şübhə etmirsiniz. Yuxuda bütün cəhdlərinizə baxmayaraq, şamı yandıra bilməmək real həyatda sizin alnıza insan ölümünə səbəb olmaq yazılıb. Bəzən belə yuxu sizin insanın həyatına son qoyacaq dəhşətli cinayətin törədilməsinə heç cür mane ola bilməməyinizdən xəbər verir. Yuxuda şam söndürmək pis xəbərdir. Sizə yaxın olan adamın ölüm xəbərini eşidəcək və həyatının son saatlarında onunla birlikdə ola bilmədiyinizə görə təəssüflənəcəksiniz. Şamın gözünüz qarşısında sönməsi tezliklə xəstələnəcəyinizdən xəbər verir. Ola bilsin ki, bu, hələ qarşısını ala biləcəyiniz ciddi xəstəlikdir. Səpələnmiş şamlar dəhşətli xəbərdarlıqdır. Adamların Allahdan üz çevirəcəkləri vaxt gələcək, onlar sərt və amansız olacaqlar, zorakılığı və ölümü təbliq edən yeni din yaradacaqlar. Allah öz qullarına qəzəblənəcək və Yerə dəhşətli yanğın göndərəcək. Yuxuda əllərində şam tutmuş çoxlu sayda adam görmək tezliklə sizin təxirə saldığınız və onların bir də heç vaxt üzə çıxmayacaqları hesab etdiyini köhnə problemlərin yenidən baş qaldıracağ. Belə yuxu başlanan işin həmişə sona çatdırılmasının vacibliyindən danışır.


Tarix: 27.04.2014 / 23:50 Müəllif: Ebulfez Baxılıb: 152 Bölmə: Ş hərfi
loading...