Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstə – Şövkət Ələkbərova

Öz məğrur eşqimdə təmənnasızam, (2)
Bir damla istəsəm, bir ümman istə! (2)
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm, gülüstan istə!
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm, bir ümman istə!
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm, gülüstan istə!

Mənə ulduz boyda işıq ver desəm, (2)
Sən məndən Günəşli asiman istə! (2)
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə!
Mənə ulduz boyda işıq ver desəm,
Sən məndən Günəşli asiman istə!
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə! (2)


Tarix: 22.01.2015 / 19:00 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Şövkət Ələkbərova
loading...