Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSA PEYĞƏMBƏR

Yuxuda İsa əleyhissəlamı görmək-Allahın məthəmətini qazanmağa, təhsilə, uzun səfərə, xeyirə, ibadət əhli olduğunuza işarə sayılır. İsa peyğəmbəri röyada görmək-qənaətcil və tibb elmində mərifət sahibi olduğunuza, on il sizə heç bir pisliyin, hiylənin yetişməyəcəyinə yozulur. Belə yuxu görən adam tibb təhsili almaq arzusundadırsa, muradına çatacaq, alim olacaqdır. Qara qorxudan qurtarmaqla bərabər çəkingənliyə də əlamət sayılır. Bir çəhər və ya camedə bütün camaatın İsa peyğəmbərə baxdığını görmək-xalq müsibət və bəla içindədirsə, bu bəladan qurtaracaq, əmin-amanlıq içindədirsə-aralarında fitnəkarlıq olacaqdır. İsa peyğəmbər anasıyla birlikdə görülərsə, bu, böyük bir əmin-amanlıq xəbəridir. İsa peyğəmbərin çəklini almaq, onun surətinə çevrilmək-röya sahibi hökmdar və dövlət başçısı isə, səltənəti böyük olacaq; alim və ya dindardırsa, mənfəəti çox, fəziləti açıq olacaqdır. Həkimdirsə -şöhrəti artacaqdır. Harda olur-olsun, İsa peyğəmbəri yuxuda görmək-izzəti və bərəkəti, ucuzluğu, xəstəlikdən sağalmağa xəbər verir. Peyğəmbəri xəstə görmək-xalqın çaşıb heyrətdə qalacağına, haqqa, ədalətə işarədir. Hamilə qadının İsa peyğəmbəri yuxuda görməsi-gözəl bir oğlan övladı doğulacaq. Sənət sahibi üçün bu röya onun sənətində yüksələcəyini, səadətə qovuşacağını göstərir. Uşaq röyasında İsa peyğəmbəri görərsə, o uşaq atadan yetim qalacaq, anasının tərbiyəsi altında yararlı, yetgin və bilikli bir adam olacaqdır. Bu böyük peyğəmbəri yuxuda görən adam başlanğıcda şöhrət və etibardan düşmüş olsa belə, ömrünün sonu xeyirli keçəcəkdir.


Tarix: 24.02.2014 / 23:19 Müəllif: Ebulfez Baxılıb: 99 Bölmə: İ hərfi
loading...