Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNCİ (mirvari)

Röyada sapa düzülmüş inci görmək-Qur`anı, elmi, oğlan övladı, yaxud kölələri ifadə edir. İnci dəldiyini görmək-Qur`ani-Kərimi haqq və səvab üzrə təfsir etməyə; inci udmaq və ya satmaq-Qur`anı unutmağa işarədir. İnci-bigi anlamına gəlir. İnci almaq-elm, fəzilət sahibi olmaq və xalq tərəfindən sevilmək deməkdir. Ağzına inci soxmaq-röya sahibinin dininin gözəl olduğuna yozulur. Ağzından inci, dürr tökmək, camaatın və ya röya sahibinin özünün bu inciləri toplaması-yuxu görənin bir çox hikmətamiz hekayətlər anlatmaqla xalqa xidmət etməsini və nəsihətdə bulunmasını, xalqın bundan yararlandığını bildirir. Röyada sizə inci bağışlanarsa, öz qohumlarınızdan inci kimi zərif bir qız alacaqsınız. Yuxuda inci sahibi olduğunu görən adam evlənəcək. Bir kimsənin röyasında əlamət bir inci alması-ömrü çox qısa bir cocuğu olacağını xəbər verir. Dəniz və ya çaydan çoxlu inci çıxarmaq, qutulara yerləşdirmək-röya sahibi dövlət xəzinələrindən, yaxud o çayın sahibi olan kimsənin malından halal sərvətə qovuşacaqdır. Çoxlu inci görülməsi-xidmətçilərə və böyük mirasa yozulur. Röyada görülən inci axan göz yaşı da sayıla bilir. Böyük bir inci dənəsini yuxuda görmək-hamilə qadın üçün bu yuxu oğlu olacağına yozulur. İnci çeynəmək-riyakarlığa, inci qusmaq-hiyləgərliyə əlamətdir. İncini qabığındançıxarmaq və qabığını götürmək-o kimsənin qəbir açıb kəfən soyan bir soyğunçu olduğunu göstərir. Bir xəzinəni açarla açıb, ordan inci və cəvahir aparmaq-röya sahibi bir bilginə önəmli bir məsələ barədəsorğuda bulunacaqdır. Yuxuda inci saymaq-çətinliyə uğrayacaq, sıxıntıya düşəcəksiniz. Xam, cilalanmamış inci almaq-yuxu görənin küçə başında və yol üzərində Qur`ani-Kərim oxuması deməkdir.


Tarix: 24.02.2014 / 23:03 Müəllif: Ebulfez Baxılıb: 185 Bölmə: İ hərfi
loading...