1) Sarışın qız avtobusda gedir və radioyaya qulaq asır.
Radio:
-Siz 101 FM ə qulaq asırsınız!
Sarışın qız:
- Aaa, bunlar haradan bildilər ki,mən 101 FM ə qulaq asıram?!
2) Ər öz arvadını gözəllik salonun qarşısında gözləyir. Arvadı salondan çıxanda, əri ona baxıb, sakit səslə:
- Vecinə də alma, əsas odur ki, cəhd elədin...
3) Bir dəli digərinə:
-Sənin arzun var?
-Var.İstəyirəm ki, sehirli pəri, buludlardan ensin və mənə on min dollar versin..
-Xmmm, bəs niyə on min, elə bir million istə də..
-Million dollar , real deyil. Real söhbət elə
4) Heyvanalar yığışıb çayda körpü tikmək qərarına gəlirlər. Bütün lazım olan materialları çağırıb qurtarandan sonra Şir hamını çağırıb soruşur ki, sualı olan var, ya yox. Uzunqulaq irəli çıxıb deyir:
- Axı heç demədiz, körpünü çayın uzununa tikəcəyik, yoxsa eninə?
5) Həbsxana rəisi məhbusa:
-Niyə yanına heç kim gəlmir, dost-tanışın yoxdur?
-Rəis, onların hamısı burdadır, həbsxanada.
6) Ər arvadına:
-Bir də pul istəməkdən ötrü məni öpmə.
-Elə de ki, bir daha öpüşməyəcəyik də....
lətifələr gülməlidir,gülməli deyilsə ağlamalıdır
7) Qadın çığır-bağirla polis bölməsinə daxil olur:
-Ərimi tapın, mən onsuz yaşaya bilmirəm, o isə itib.
-Bu nə vaxt baş verib?
-Bir həftə əvvəl.
-Bəs, indi niyə xəbər verirsiz?
-Bu gün onun maaş günüdür.
8) Hakim müttəhimə:
-Oğurluq edərkən, heç olmasa qoca ananız barədə düşündünüzmü?
-Düşündüm, ancaq orada ona yarayan heç nə tapa bilmədim.
Tarix: 28.11.2014 / 18:38 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Ümumi Letifeler