Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gulek Hmmmmmmmm

Meyid aparan maşının sürücüsü yolnan gedən qıza deyir:
- Gəl otur aparım səni gəzdirim.
Qız: - Get tullanee burdan.
Sürücü: Kül başına camaat bu maşına minmək üçün ölüree =))

Müəllim:
- Mamed, atan nə qədər maaş alır?
- 3000 AZN
- Bəs anan?
- 2500 AZN
- İndi cəmi sizin evə ayda nə qədər pul gəlir?
- 7000 AZN
- Otur "2" yazıram.
- İstəyirsən "0" yaz, zato BOMBA yaşayırıq =))

Bir gün boksçu rinqə çıxmazdan əvvəl çantasın razdivalkada qoyub üstünə yazır: - bu çantanı kim götürsə onu öldürəcəm, imza boks üzrə 2 qat dünya çempionu.. Döyüşdən sonra gəlir ki, çanta yoxdu və yerə yazılıb ki, tapsan danışarıq, imza qaçış üzrə 3 qat dünya çempionu =)

Suala sualnan cavab verən varlığa oğlan deyilir.. Məsələn:
Qız: Hardaydın?
Oğlan: Kim? Mən?
Qız: O mesaj kimdən gəlib?
Oğlan: Hansı mesaj?
Qız: Dünən səni parkda başqa qızla gördüm. Kimiydi?
Oğlan: Nə vaxt? Hansı park?
Qız: Məni sevirsən?
Oğlan: Səncə? =))))

Oğlan yoldan keçən qızdan soruşur:
- Haralısan gözəl?
- Məəəəəəən?
- Mələmə uje bildim =)))

‎2015-ci il TQDK 2-ci qrup Qəbul imtahanı Coğrafiya..
Ən çox əhalisi var?
A) Mail.ru
B) Odnoklassniki.ru
C) Facebook.com
D) Vkontakte.ru =))))

Alimlərin fikrincə, insan məktəbi bitirdikdən 22 il sonra sinif yoldaşlarının adını və simasını unudur.. Bizim alimlərin fikrincə, insan vəzifəyə keçəndən 22 saniyə sonra, nəinki sinif yoldaşlarını hətta qohumlarını belə xatırlamır =)))

Müəllim uşaqdan soruşur: Səməd Vurğun kimdi?
Uşaq: bilmirəm.
Muəllimə: Əhməd Cavad kimdi? Uşaq: bilmirəm..
Uşaq: müəllimə olar sizə 1 sual verim? Muəllimə: buyur ver.. Uşaq: Siz Ramini tanıyırsız? Müəllimə: xeyir, Uşaq: müəllimə gördünüz hərənin öz kruqu varda =)))

‎2 nəfər piyan qatar reyslərinin üstündə sürünə sürünə gedir. Biri digərinə:
- Ala bu nə uzun piləkəndi çıx-çıx qurtarmır. Yoruldum eeee
Digər piyan cavabında:
- Brat narahat olma baax lift gəlir artıq =))

Şagird görür bufetdə yer yoxdu.. Yeməyin götürüb müəlliminin yanında oturur.
Müəllim deyir:
- Öküzlərnən quşlar eyni stolda yemək yeyə bilməzlər !
Şagird: Onda mən uçdum =))

Bir ata olur.. Onun 3 oğlu olur. Bir gün axşam onlar yemək yeyir.
Böyük oğul deyir: Atamıza bax, donuz kimi yeyir..
Ortancıl oğul deyir: Ay eşşək atamıza donuz niyə deyirsən?
Kiçik oğul hirslənir və deyir: Atacan sən bunlara fikir vermə qabağındakı zəhərivi ye =))

Bir qonaqlıqda balaca uşaq əlini süfrənin ortasına uzadıb ürəyi istədiyini götürür..
Anası ona deyir: Bala dilin yoxdu?
Uşaq: Dilim balacadı axı ora çatmır =)

Müxtəlif ölkələrdə evlənmə təklifi:
Russia: Viydeş za mena?
America: Do yo marry with me?
Turkey: Benimle evlenirmisin?
Azerbaijan: Atova de ginən axşam gəliriy =))

‎3 yarasa ağacdan sallanıb başı aşağı söhbət edir. Birdən biri dik qalxır yuxarı.. O birsi yarasa o birindən soruşur:
"Ala buna noldu?".
Ala heçnə deyəsən "Ürəyi getdi" =))

Oğlan: - Həyatım sən niyə evlənmədən qabaq "həyasız" olduğunu demədin?
Qız :Sürpriiiz etmək istədim, aşkııım =))

Restoranda söhbət:
Oğlan: Canım, sən 100 metri neçə saniyəyə qaçırsan?
Qız: ALLAH başıva daş salmasın, yenə pullarıvı evdə qoyub gəlmisən? =))

Deməli sən mənə ərə gəlmirsən hə?
- Yox gəlmirəm! Mənim ərə gədəcəyim kişi həm ağıllı, həmdə centlmen olmalıdı.
- Bəs yadında deyil? Mən səni lodka çönəndə ölumdən xilas eləmişdim?
- Hə yadımdadı centlmenliyin var, amma bu o demək deyil ki, agıllısan.
- Bəs səncə o lodka öz başına çevrilmişdi? =))

Biz Azərbaycanlılar qapı döyüldüyündə "kimdiiiiiii"? sualına
verilən "Məəəən" cavabının SƏS analizini eliyib, həmin adamın kim olduğunu tapa bilən fitri istedada malik bir millətik =))

Bir gün həyətdə 2 oğlanın mübahisəsi düşür oğlanlardan biri deyirki göydəki ulduzdu digəri deyir aydı.. Nə isə bunlar belə bir neçə saat davam edirlər axırda bir oğlan görürlər oğlanı çağırıb soruşurlar: - Qaqaş bu göydəki ulduzdu yoxsa ay?
Qaqaş: - Mən nə bilim ala mən bu məhlədə qalmıram =))

Dəlixanada bir gün, bir dəli xəstə baxıcını yanına çağırar. Mənə tez 5 şüşə kola gətir deyir. Xəstə baxıcı buna hirslənir və xəstəyə beş yumruq vurur. Al kolalarını deyir. Aradan zaman keçdikdən sonra yenə eyni xəstə, baxıcını yenə çağırır. Bu səfər xəstə; xəstə baxıcını yumruqlayır. Baxıcı, nə olub? deyir. Xəstə cavab verir: - Şüşələri gətirdim.

Həkim məni hara aparırsınız? - Morqa. Axı mən daha ölmədim ki?! - Heçnə olmaz biz də hələ çatmamışıq.

Evdə qadın ərini ağ yuyub qara sərir: - Heç olmazsa bu yan qonşularımızı nümunə götür. Neçə illik evlidilər, amma bir-birlərinə hələ bal ayındakı kimi davranırlar. Adam arvadını avtomobildə, qapının qarşısında, hər yerdə öpür. Təəssüflər olsun! Sən niyə eyni şeyi edə bilmirsən? - Edərəm etməsinə, amma mən qadını yaxşı tanımıram axı..

Adamın biri yolda gedərkən bir şüşəyə təpik atır; şüşədən cin çıxır. Cin istə məndən nə istəyirsən deyir, adam da üzr istəyirəm; bir daha olmaz, deyir.

Əli Misirdə oxuyan bir şagirddir. İmtahanlar bitir və yay tətilinə girəcəklər.. Atası Əliyə zəng edir və imtahanların necə keçdiyini soruşur. Əli də bilmədiyi halda çox yaxşı keçdi deyir və sonra atası onu işlərində kömək etməsi üçün çağırır. Əli getməmişdən əvvəl yoldaşına son olaraq belə deyir; Əhməd sən qiymətlərimi öyrənərsən və mənə zəng edərsən. Əgər telefona atam cavab versə Məhəmmədin Əliyə salamı var deyərsən mən anlayaram ki, bir kəsirim var. Əhməd qeydləri öyrənir və zəng edir. Telefona atası cavab verir və Əhməd belə deyir: - Əmi, Əliyə söylə ona bütün Ümmedi Məhəmmədin salamı var..

Bir gün, bir kişi evdə oturub televizora baxir.. Birdən başlayır dəli kimi evi axtarmağa.. Hər yeri dağıdır.. Bunu görən arvadı təəccüblənib soruşur: "Ay kişi nə axtarirsan belə, nə olub?" Kişi deyir: "Bu evdə gizli kameralar var. Onları axtarıram". Arvadı yenə soruşur: "Sənin belə düşünməyivin səbəbi nədir?" Kişi deyir: "Bax o televizordakı kişi iki dəqiqədən bir deyir ki, siz AZtvy-ə baxırsınız". De görüm o haradan bilir ki, mən hansı kanala baxıram?=))

‎Üç türemşika (amerikan, fransız, azərbaycanlı) hərəsinə bir it verirlər, ayrı-ayrı otaqlarda, yemək içmək nə qədər istəyirsən.. Öz itini kim danışdırsa buraxırıq onu evə.. Nə isə bir aydan sonra gəlirlər ki, amerikanlı bütün yeməkləri itə yedizdirib, özü arıqlayıb çöpə dönüb, yalvarır ki, ay it sən canı bir söz de... Fransız da ondan beş-betər.. Azərbaycanlının yanına gəlirlər, görürlər Mamed uzanıb itin də yeməyin yeyib, öz yeməyin də, it arıqlayıb, pis gündə, Mamedin yanında uzanıb yalvarir. "Mamed ay Mamed sən ölənlərinin goru, bir tikə çörək ver=))))

Bir gün bir kişinin evini tarakanlar basır.. Kişi axırda gedir baxıcı yanına deyir ki:
- Mənim evimi tarakanlar basıb nə edim?
Baxıcı deyir:
- Get evin ortasında otur qışqır ki "bəsdirin rədd olun evimdən".
Kişi gedir evin ortasında oturur və qışqırır:
- Bəsdirin rədd olun evimdən görür ki, tarakanlar yavaş-yavaş gedirlər. Sonra kişi başdıyır bərkdən gülməyə. Tarakanların biri deyir:
- eee qayıdın geriyə kişi zarafat eliyir=)))

Bir gün dəlixana müdri gəlir dəlilərə baxmağa. Dəlilər kubik daşı ilə futbol oynayır hamının ayağı sınır. Amma biri qıraqda durub onları izləyir. Müdir bu adamın artıq dəli yox ağıllı olduğuna inanıb gəlir yanına:
Müdir:
- Sən niyə oynamırsan?
Dəli:
- Kəlləlik gözləyirəm=))


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 835 Bölmə: Ümumi Letifeler
loading...