Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gulek Bir Az

4. Hacı dayı, adəti üzrə, eşşəyinə minib yolun ortasıyla rayona gedirdi. Arxadan maşınla gələn rayon prokuroru ona sataşmaq istədi, siqnal verib qara «Qaz-21»ni düz eşşəyin quyruğuna dayayıb, saxladı. Pəncərədən başını çıxardıb səsləndi:
-Ə, eşşək qardaş, yoldan çıxsana!..
Hacı dayı heç halını pozmadı. Ayağını aşırıb, eşşəyin belindən yerə endi. Yüyəni əlindən buraxıb kənara çəkdi. Eşşək də belinin yüngülləşməyindən tənbəllik eləməyib bir az da rahatlanmaq istəyir, yolu tamam batırırı. Yaş təzək sıçrayıb par-par parıldayan «Qaz-21»-in qabaq hissəsinə qəribə naxışlar vurur.
Prokuror səsinin yoğun yerinə salıb deyir:
-Ə, sa dimədim, yoldan çəkil?
Hacı dayı gülməyini zorla saxlayıb dillənir:
-Hayındı, mən yolun qırağındayam. Zəhmət çək, qardaşını özün yoldan kənarlaşdır.


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Ümumi Letifeler
loading...