Əyləncəli bir gecədən sonra qız oğlandan soruşur: axı biz niyə evlənmirik?... Oğlan:-Əşi bizimlə kim evlənər?
Bir gün bir oğlan diyanır tində, görür bir polis meymunla gedir. Oğlan deyir Indidə itnən gəzirsen? Polis cavab verir ki: it deyil meymundu. Oğlan deyir: sənlə deyiləm, meymundan soruşdum.
Bir gün meşədə heyvanlar bir yerə toplanırlar.
Şir deyir:
- İndi heyvanlar arasından gözəllər sağa, ağıllılar isə sola keçsinlər.
Elə şir bunu demişdi ki, heyvanların bir hissəsi sağa, bir hissəsi isə sola keçdilər. Birdən şir gördü ki, meymun ortada durub.
Şir deyir:
- Bəs sən niyə ortada durubsan?
Meymun cavab verir:
- Nə? indi iki yerə bölünüm?
Oğul atasının yanına gəlir:
-Ata, 'HDD Format completed' nə deməkdir?
-Bu o deməkdir ki, sən indi döyüləcəksən.
Musiqi məktəbində müəllimlə şagiridin
dialoqu:
Müəllim Do-dan sonra nə gəlir?
Şagirdi Müəllim söhbət sizdən gedirsə DO
-dan sonra NUZ gəlir.
Nənə nəvəsini yatırtmaq üçün mahnı oxuyur.1 saat..............2 saat..........uşaq əsnəyərək soruşur:"Nənə, olar mən yatım? Yoxsa sən hələ oxumaq istəyirsən?
İki professor universitetdə söhbət edir:
- Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.
O biri professor:
- Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
- Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər.
Müəllim:
-Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürrmüşdük.
Bir kişi lotoreyada pul udur. Dostu ondan soruşur ki, arvadın eşidəndə nə etdi? O biri cavab verir ki, ürəyi getdi. Dostu deyir, ay nə yaxşı bir gündə 2 xoşbətxtçilik
Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Ümumi Letifeler