76. Yaxşı at özünə tatiurovka döydürməz.
77. Borclu borclunun mobil telefonunu əlindən alar.
78. Tənbələ dedilər, qapını ört, tənbəl pultu basdı qapı örtüldü.
79. İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.
80. İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər.
81. İlan vuran kabeldən qorxar.
82. Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.
83. Karın könlündəki, korun qulağındakı.
84. Dərə xəlbət, tülkü makler.
85. Bala "baunty"dən şirindi.
86. Hay-hayla gələn İbrahim Tatlısəslə gedər.
87. Yaxtan olunca bəxtin olsun.
88. Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.
89. İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala.
90. Ver yeyim, ört yatım, gözlə adım çıxmasın.
91. Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.
92. Tutulmadınsa, rüşvətxor deyilsən.
Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Ümumi Letifeler