Derman Atacaqdim))
Günlərin bir günü MameD gedir avtovağzala. Minir Göyçay avtobusuna və şoferə deyir : -Bax yadından çıxmasın haa, Şamaxıya çatanda mütləq mənə xəbər elə. Nəysə, yola düşürlər. MameD 5 dəqiqədən bir soruşur : -Ay bala, Şamaxıya çatmadıq ? Şofer : Ay dayı, sən narahat olma çatanda deyəcəm. Beləcə MameD mürgüləyir. Gəlib Göyçaya çatırlar, birdən şofer kişini görür və barmağını dişləyir ki, vayyy vayy a deməmişəm. Belə qərara gəlir ki, qayıtsın tez Şamaxıya. Nəysə, qayıdır və kişini oyadır. Şofer : Dayı, çatdıq Şamaxıya. MameD : Sağ ol ay bala yadıma saldığın üçün. İndi davam elə Göyçaya. Şofer : Ay dayı, düş də, demədin Şamaxıda düşəcəm ? MameD : A bala, dedim yadıma sal, dərman atacaqdım...
Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Ümumi Letifeler
loading...