Mən xarici gözəlliyə fikir vermirəm, əsas insanın daxili gözəlliyidi.
Səndən başqa heç kimi sevməmişəm.
Ürəyə bax eee. Mən də indicə sənə zəng eliyirdim.
Ağrıtmayacaq. (p.s. uşağa iynə vurarkən)
Mən rüşvət almıram.
Yeməyə qalardız da. Heç yaxşı olmadı.
Qızımızı kimlər istəmədi kiii...amma vermədik.
Bizi də dəvət etmişdilər, getmədik.
Sadəcə dostuq. (qız və oğlan)
Qardaş kimi idik.
Mən bilirdim ki, belə olacaq.
Arxasınca danışmıram e, gəlsin lap üzünə deyim.
Bilsəm demərəm?
Zəng eləmişdim, telefonun bağlı idi.
Qəpiyim yoxdu. (dilənçiyə)
Yolda təkər partladı.
Ata, pul ver, kitap almalıyam.
Qohumdu.
Həəə... Getdi Moskvada iş qurdu, pula pul demir indi.
Pulun nə mənası var? Təki xoşbəxt olsunlar.
Bundan ucuzunu heç yerdə tapa bilmərsiz.
Bir-iki gün geyinəndən sonra açılacaq. Narahat olmayın.
Səni fikirləşirəm bütün günü.
Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Ümumi Letifeler