Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiz Oglan Deyiwmesi

Qız oğlan deyişməsi...xD

Qız: şəxsiyyətimiz istifadə etdiyimiz avtomobilin at gücü olmağı ilə mütənasib olaraq dəyişmir
Oğlan: Sizin şəxsiyyətiniz birlikdə olduğunuz kişinin pulqabı gücü ilə dəyişir

Qız: Qırmızı işıqda yanımızdakı avtomobilin bizdən əvvəl çıxması heç bir şey ifadə etmir
Oğlan: Bizim üçün də ətrafımızda digər həmcinsimizin sahib olduğu cəvahirat və ya üzərindəki bahalı geyim heç bir şey ifadə etmir

Qız: Əzələmiz olacaq deyə bir məcburiliyimiz yoxdur
Oğlan: Sellülitlər olmayacaq kimi bir məcburiliyiniz var amma =))

Qız: Biz qorxmadan Aşiq ola bilirik .
Oğlan: Biz də oluruq.... azca ürkürük amma səbəb olanlar UTANSIN

Qız: Evdə, duşda, tük tökmürük.
Oğlan: Hamamdakı, tualetdəki, yataqdakı və yeməkdəki saçların çoxu sizə aiddir.

Qız: Hər səhər təraş olmaq məcburiyyətində deyilik.
Oğlan: Vallah biz təraş olmağı qaş aldırmağa dəyişmərik.

Qız: Bir birimizin ağızını burnunu qırdığımız idmanla məşğul olmuruq.
Oğlan: Vəhşi baxışlarla bir-birinizin gözünü oyduğunuz qısqanclıq, həsəd idmanlarıyla kifayət qədər məşğul olursunuz.

Qız: Heç iki qadının silahla oynayarkən bir-birini vurduğunu eşitmisiniz? yox ..
Oğlan: Heç iki kişinin ay Allah mənim paltarımın eynisini geyinib deyə ağladığını eşitmisiniz..?

Qız: Xor görmürük
Oğlan: Hətta hıçqırmır, gəyirmir və asqırmırsınız da. Yoxsa siz insan deyilsinizmi?? Sizə Afrodit deyə bilərəmmi?

Qız: Az bildiyimiz bir şey üzərində çox çox danışa bilərik.
Oğlan: Yəni çox danışıb əsaslı heç bir şey söyləmirsiniz ..

Qız: Bir-birimizə eşşək zarafatları etmək adətimiz yoxdur. =))
Oğlan: Ətrafınızda ki digər qızlar haqqında ssenari dedi-qodular çıxarma vərdişiniz var amma

Qız: Tüpürmürük
Oğlan: Nazlanmırıq!!

Qız: Sənət əsərlərinin 90%-i qadınlardan ilhamlanaraq yaradılıb.
Oğlan: Sənət əsərlərinin 90 % i kişilər tərəfindən yaradılıb.

Qız: Uzağa tüpürmə, yüksək səslə gəyirmə kimi axmaqca problemlərimiz yoxdur
Oğlan: dünyanın ən gözəli olma, ən zərif olma, ən bahalı geyinəni olma, ən varlı əri tapma kimi problemləriniz var amma

Qız: Əsgərliyə getmirik
Oğlan: Hamilə qalmırıq

Qız: Qol saatımız , kalkulyator, barometr, termometr və radio olması lazım deyil.
Oğlan: Çantamızda pomada, allıq, pudra, ehtiyat corab, yaş dəsmal, vs gəzdirməyimiz lazım deyil.

Qız: Ad günü, evlilik il dönümü kimi xüsusi günləri barmağımıza işarə vurmadanda xatırlaya bilirik
Oğlan: Ütünü açıq, yeməyi qazda, avtomobilin açarını kontaktda unutmuruq. Bunlar daha faydalıdır.....

Qız: Ortalıqda əlaqəsiz hər cür hərəkət və sözdən cinsi sözlər çıxararaq günümüzü bunlarla keçirmirik...
Oğlan: Vallah kefimiz açılsın deyə edirik. Həm siz günün yarısını gözəlləşməyə çalışaraq keçirirsiniz. Hansı məqsədə uyğundur...
Yaddan çıxan nəsə varsa siz yazın...


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Ümumi Letifeler
loading...