Hacı dayı «Dostluq» restoranında doyunca yeyib-içib, durur ayağa. Yıxıla-yıxıla çıxır küçeye, başlayır taksi gözlemeye. Gec olduğu üçün taksi görünmür. Bunu uzaqdan tini düz gören birisi üreyinde deyir ki, yaxşı düşüb elime, gece qara, cüce qara, ayaq üste gücnen durur, bir teher sürüye-sürüye aparım evlerine, belke cibinde bir şey oldu. Gelib girir kişinin qoluna. Deyir:
-Ay canoo yiyim, ölmemişem ki… Ge, seni öyoza aparım.
Dalda yerde elini salıb onun cibinen bir qızıl onluq götürür. Qapısından içeri buraxıb sevine-sevine geri qayıdır.
Aradan bir müddet keçir. Hacı dayı yene hemen yerde tinini düzeldib yola çıxır. Taksi gözleyende o adam hardansa peyda olub deyir:
-Ge, seni öyoza aparım.
Hacı dayı qolunu dartıb dillenir:
-E sen baha aparırsan. Taksi sefelidi, bir maata minif gederem
Məktəbin müdiri şagirdi yanına çagırıb bərk danlayır:
- Mənə de görum sən qonşu sinifdəki o oğlanı niyə döymüsən.
Oğlan cavab verir:
- Onu ona görə döydüm ki, mənə ”gərgədan” deyirdi.
- Belə.... Bu nə vaxt olub?
- Deyəsən elə keçen il bu vaxtlar idi.
- Nə? Bir il bundan əvvəl? Bəs niye uşağı indi döyürsən?
- Çünki gərgədanın şəklini ilk dəfə dünən görmüşəm.
Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
Müəllimə jurnala baxıb deyir:
Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
Natiq deyir : Hııııııııııııııııı......
Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
Natiq deyir : 10
Müəllimə: Otur əəə....
Biraz sonra.....
Oooooooooorrxaaaaaaaannnn.....
Orxan : Hııııııııı......
Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
Orxan: 25
Müəllimə: Bəs 3*5 neçə eləyər?
Deyir: 15
Müəllimə: Sən laaaf professorsan kiiii
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə.......
Müəllimə deyir: Hıııııııııı.....
Orxan deyir: Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar )
Ata oglunu heveslendirmek meqsedile deyir:
"Ogul, Avraam Linkoln sen yasda olanda, 19 kilometr yolu her gun piyada gedirdi."
Ogul cavab verir:
"Ata, Avraam Linkoln sen yasda olanda artiq prezident idi..."
İki nəfər bayram məclisindən çıxıb evə gedir. Bunlar qərara gəlirlər ki, məzə üçün qəbirsanlıqdan keçsinlər. Belə də edirlər. Amma qəribə tıqqıltı səsi gəlir və qorxurlar. Birdən onlar çəkic və iskənə ilə işləyən qoca qarı görürlər. Ona yaxınlaşıb deyirlər:
- Siz burda nə edirsiz. Az qalsın qorxudan öləcəkdik. Gecə vaxtı burda iş görürsünüz?!!
Qarı qışqıraraq:
- Bu axmaqlar mənim adımı səhv yazıblar baş daşında. Onu düzəldirəm bayaqdan!
Bir baba nəvəsinə müharibədə başına gələn əhvalatlardan danışır:
- Düşmən bizi mühasirəyə almışdı. Bizi əsir aldılar. Düşmən komandiri dedi:
- Ya hamınız burda ölürsüz ya da sizin başınıza oyun gətirəcəyik.
Nəvəsi maraqla soruşur:
- Nə oldu bəs?
- Hamımızı öldürdülər...
*Ay ALLAH , sən özün görürsən ki, necə yoxsulam.Heç olmasa bir neçə günlüyə yüz təngə yetir. Əgər özündə yoxdusa onda mələklərdən al-,deyə bir uyğur əllərini göyə qaldırıb yalvarırdı.
Duasını təzə qurtarmışdı ki, birdən qapı döyüldü, içəri girən molla dedi:
-Qərar gəlmişik ki, camaatın hesabına təzə məscid tikək. Sən də on qızıl verməlisən.
_ALLAHÜ-ƏKBƏR! - deyə uyğur hirslə qışqırdı.- Hələ borc verməmisən, indidən sələmini tələb edirsən?
iki qabrovolu çayda çimirmiş, onlar mərc gəlirlər ki, kim suyun altında çox qalsa o biri ona 50 kron versin.Hər ikisi suya baş vurur... İndiyə qədər onları görən olmayıb.
*Qabrovolu həkimin yanına gələn xəstə huşsuzluğundan şikayət edir. Həkim deyir:
- Elə isə mənim zəhmət haqqımı qabaqcadan ver sonra söhbəti davam etdirək.
*Qabrovolu əlində iki böyük çamadan, sürücünün yanına gəlir:
-Məni vağzala neçəyə apararsan?
-on lev
-Bəs, çamadanlarımı neçəyə apararsan?
-Heç nə çamadanları müftə aparırıq
-Elə isə siz çamadanları vağzala aparın mən piyada gələrəm.
*Qabrovolu bir qoca evinin damını təmir eliyəndə yıxılır. Pəncərənin yanından keçəndə arvadına:
-Xörəyi bir adamlıq az bişir, məndə yeməyə hal qalmayacaq.
*Oğlan öz nişanlısına:
-Əzizim əgər bilsəydim ki tuneldə uzun müddət qaranlıq olaacq fürsətdən istifadə edib səni bərk bərk öpərdim heyf!
Qız:
-Necə? Bəs məni öpən kim idi?
*Rus şairi Apuxtinin gözləri zəif görürdü. Bir gün o, parkda gəzərkən şıq geyimli bir gəncə toxunur. Gənc acılanaraq demişdi:
-Axmaq!
Şair hörmətlə papağını qaldırıb təzim etmiş və ona
-Mən isə Apuxtinəm, - deyə cavab vermişdi
Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Ümumi Letifeler