Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muqayise

Xarici: Həyatım zəhmət olmasa televizorun səsini bir az endir, mənə işləməyə mane olur.. Sağol

Azəri: Az söndür bu televizoru!! Başım-beynim getdi ki, xarabada işləmək də olmur!

Xarici: Canım, sən mənə nəsə üzüntülü görsənirsən!

Azəri: Nədii Azz yenə sir-sifətindən zəhrimar yağır?

Xarici: Salam CORC işlər necə gedir?

Azəri: Salam alaaa YEMİŞ nə var-nə yox??

Xarici: Dostum.. Məncə bu köynək sənə yaraşmır!

Azəri: Nə gündəsən əəə!! Get dəyiş bu köynəyi, bambılıya oxşayırsan!

Xarici: Ata, anayla necə tanış olmusan?

Ata: Məktəbdə Son zəng balında!

Azəri: Papaaa Mamanı harda tapmısan??

Ata: Necə yəni harda? Məhlələrində basdım maşına qaçırtdım!

Xarici: Oğlum heçnə olmaz olan işdi. Kişi döyərdə-döyülərdə! İdmanla da çox məşğul ol!

Azəri: Kül sənin başına.. Əə Köpoy oğlu! Daşı götürüb başına vura bilmirdin? Məndə deyirəm oğlum var!

Xarici: Dostum.. Sən bir bu gözəlçəyə bax!

Azəri: Ala ora bax nə BOMMMBA şeydiii !

Xarici: Yox ol burdan!!!

Azəri: Ala Lə-pə-lən burdan gec olmamış!!!!

Xarici: Sən mənim haqqımda heç nə bilmirsən!

Azəri: Adə sən bilirsən mən kiməm????!

Xarici: Xudahafiz sonra görüşərik!

Azəri: Brat... Davay mən getdim!!!


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Ümumi Letifeler
loading...