Əzizim, quzu yaxşı,
Göyün ulduzu yaxşı,
Söyməyə Awkı-Məmnu,
Baxmağa PUSU yaxşı
Əzizinəm vefadar,
Şalvar aldım, oldu dar,
Hər kəs ağlına heyran
Sənin, Polat Alemdar.
Əzizim, güldür məni,
Aglatma, güldür məni.
Əgər ihanət etsəm,
Memati, öldür məni.
Əzizinəm, göydə ay,
Yerdə sənsən, göydə ay.
Her şeydən sən iyrənmə,
Olarsan dəli Tuncay.
Əzizinəm, gen dolan
Yaxın gəlmə, gen dolan.
Yaman snayper atır
Son vaxtlar Güllü Erhan.
Oxuyuram aman hey,
Omer baba calır ney,
Polad ölümə getsə,
Onunladır Abdulhey.
Əzizinəm hurer it,
Cirkli başda olar bit.
Güvənli arkadaşdır,
Bu soyuqqanlı Cahit.
Əzizinəm ağ ayı,
Yoxdur Pusunun tayı.
Sən bəni seviymisin?
Soruşar Zaza Dayı.
Əzizim cınqıl sazım,
Sən mənim qışım, yazım,
Mematinin kelidir,
Bizim ştandart Kazım.
Əzizinəm, tikdim dam,
Toyuq üçün tikdim dam,
Leyli-Məcnun olublar,
Dəli Hüsnü-Gülendam.
Əzizinəm yol dönər,
Yedim ayranla dönər.
Əsl psixopatdır,
Sayın Büyük Iskəndər.
Əzizim yağır dolu,
Igid ölüb Koroğlu,
Nə işlər çeviriyor,
Bu Davut Tataroglu?
Əzizim məni unut,
Ağlama, məni unut,
Göydə Yıldız xod gedir,
Yerdəsə Yalçın Bulut.
Əzizinəm at gedər,
Xeyli camaat gedər,
Yandırmaqdan zövq alan,
Kibritçi Cevat gedər.
Əzizim, mən neyləyim?
Iylənirsən, sən get çim.
Yoxsa qötür tökərsən,
Demədi demə, Ibrahim.
Əzizinəm Mətanət,
Ya da olsun Məlahət,
Siyasətdən dəm vurur,
Elə hey,dəli Hikmət.
Əzizinəm qalası,
Nə verib nə alası,
Çox vəfalıdır Cəvhər,
Dayısının balası.
Görürsən bu dilbəri?
Yediyi duyu "Sedri".
Yaxşı adam imiş ki,
Bu lopa bigli Bədri.
Əzizim ay Minayə,
Uşağa tutaq dayə
Abdulheyi sağaldır,
Gənc doktor hanım Kaye.
Əzizim qırmızı don,
Üç, çəpər üstünə qon,
Yaman bicok kişidir,
Heykəlçi Feller Aron.
Əzizinəm birinci,
Sən bir, mən də ikinci.
Ingilis bayrağıdır,
Davutun qızı Inci.
Əzizinəm, ay Vusal,
Barmağıma üzük sal,
Eclafın yekəsidir,
Bizim müstəşar Unsal.
Əzizinəm, yer quru
Sular da olub duru,
Poladı mazqi edib,
Ona yaraşmır Ebru.
Əzizinəm çarıqlı,
Başım olub sarıqlı,
Ləqəbinə yaraşmır,
Bu artist Yakışıklı.
Əzizinəm dağda qar,
Qış getsin, gəlsin bahar.
Yeridir saman altdan
Suyu, bu Turan Kackar.
Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 372 Bölmə: Ümumi Letifeler