Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BUGUN AYIN 122-SI OLACAQDI

Bir gün Molla öz-özünə deyir:
—Mən bu ayın hesabını özüm saxlayacağam.
Hesab saxlamaq üçün Molla hәr gün qazana bir noxud salır.
Mollanın qızı bunu görüb elә zәnn edir ki, atası noxudu sevdiyi üçün qazana salır. O da ovucunu noxudla doldurub qazana tökür.
Bir gün Molladan ayın neçәsi olduğunu soruşurlar . Molla :
— Bir az sәbir elәyin, bu saat deyәrәm,—deyә dәrhal evә gedir. Qazanda olan noxudları sayıb görür ki, yüz iyirmi iki dәnәdir.
Molla öz-özünә fikirləşir: «Sözün düzünü desәm mәnә «dәli» deyәrlәr». Onun üçün dә gәlib bu cür cavab verir.
—Bu gün ayın altmış biridir.
Camaat gülüb deyir.
—Ay Molla! Bir ay otuz gündür; necə olur ki, bu gün ayın altmış biri olur?
Molla isә onlara bu cür cavab verir:
—Mәn hәlә insafla danışdım, әgәr iş qazandakı noxudların hesabına qalsaydı, bu gün ayın yüz iyirmi ikisi olacaqdı.


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Ümumi Letifeler
loading...