Oğlan: Salam
Qız: Salam
O: Necəsən?
Q: Çox sağ ol, yaxşıyam. Sən necəsən?
O: Təşəkkür. Təki sən yaxşı ol həmişə
Q: təşəkkür. Məni niyə çağırmışdın?
O: Bilirsəən Səni ilk gördüyüm gündən izləyirəm. Hər yerdə gözlərim səni axtarır. Mənə elə gəlirki ürəyinin məhbusuna çevrildim mən. Bu saf ürəyimdə ilk dəfədiki sevgi qığılcımları oyandı. Görəsən qarşımdakı xanım bu sevgimə qarşılıq verərmi?
Q: Çox sağ ol xoş sözlərə görə. Ama təəssüfki sevginə müsbət cavab verə bilməyəcəm. Bağışla
O: Niyə?
Q: Çünki səninlə xasiyyətlərimiz fərqlidi. Biz sevgili ola bilmərik. Ama əgər istəsən dost ola bilərik səninlə.
O: Dost?! Hansısa gülü qoxusuz təsəvvür edə bilərsən?
Q: Yox.
O: O zaman məndən sənin dostun olmanı istəmə
Q: Bağışla. Ama biz sevgili ola bilmərik.
O: Əgər könlündə başqası varsa mənə de, başa düşərəm ( Ama səni sevməkdə davam edəcəm)
Q: Heçkim yoxdu könlümdə. Sadəcə yenə deyirəm bizim xasiyyətlərimiz fərqlidi.
O: Taleh səni mənim qarşıma çıxarmaqla mənə güldü. Ama mən ağladım. Sandımki sevgim solmayan bir güldü. O gülü qurutmasan olmazmı Gülüm?
Q: Bağışla. Ama olmaz.
O: Yaxşı. Sevgim oldu tən, mən gedirəm. Çox təəssüfki alınmadı, mən gedirəm.
Q: Nə olar bağışla. İstəyərsənsə səninlə dost qalmağı istərəm. Sən çox yaxşı insansan. Qarşına məndən də yaxşıları çıxacaq. Buna əmin ola bilərsən.
O: Mənə təsəlli vermə. Xoşbəxt olmağını istəyirəm. Amma bir başqasının səni isitdiyini düşünmək hər zaman içimi üşüdəcək-bunu bil
Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Ümumi Letifeler