beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurban bayramı uşaqlara necə izah edilməlidir?

Hər kəsə saflıq, təmizlik gətirən Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramından biridir.

Bildiyimiz kimi, Qurban bayramına sayılı günlər qalıb. Bununla bağlı hamı müəyyən hazırlıqlara başlayıb. Bəs biz uşaqların bu bayrama hazır olub olmadıqlarından xəbardarıq?

Pedaqoq Elif İpək bu bayramda Allaha adanmış qurbanların kəsilişinə şahid olan uşaqların psixoloji durumu haqqında qısa məlumat verib.

Qurban bayramı uşaqlara necə izah edilməlidir?

Məlumdur ki, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir. Ancaq qurbanlıq heyvanın az yaşlıların gözlərinin qabağında hissələrə ayrılması bir çox uşaqlar üçün travmatik hal yarada bilər. Bu halda qurbanın necə kəsilməsinə diqqət etməliyik.

Günümüzdə televiziya və internet vasitəsilə bir çox cizgi filmləri uşaqlara fiziki zorakılıq göruntülərini ən açıq şəkildə nümayiş etdirir. Bu cür görüntüləri izləyən uşaqların gözləri önündə qurban kəsmək bəzi hallarda şüur altı qalıcı travmalara yol aça bilər. Bu cür görüntüləri davamlı olaraq izləyən uşaqların yanında qurban kəsmək isə sanki "Dostuna vurma, heyvanlara zərər vermə, amma mən bu heyvanı kəsəcəyəm" deməkdir. Təbii ki, ailələr bu cümlədən istifadə etməyəcəyi aydın məsələdir. Ancaq uşaqlar bunu düzgün başa düşməyə bilərlər. Əsasən də 9 - 11 yaş arasında olan uşaqlar mücərrəd məfhumları qavramaq yetkinliyinə malik deyillər.

Məktəbəqədər yaşda olan uşaqlar bu hadisəni başa düşmürlər və onlarin nəzərində qurban mərasimi filmə bənzəyir.

Bəs uşaqlara necə başa salmalıyıq?

İlk öncə uşaqlara bayramın mənəvi tərəfini aşılanmalıdır:

"Bayramın nə demək olduğunu və onun mahiyyətini uşaqlara ,yaş qruplarına uyğun şəkildə başa salmaq lazımdır. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaq, zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Beləliklə, bu bayramın və ayinin də əsasında xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur".

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.


Tarix: 06.01.2015 / 16:45 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Valideynə məsləhət