beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Papillomlar (kondilomlar)

Papillomatoz – insan papillomları viruslarının törətdiyi xəstəlikdir. Papillom viruslarına 70-dən çox müxtəlif viruslar aiddirlər və onları birləşdirən cəhət bundan ibarətdir ki, onlar əsasən dəriləri və selikli qişanı zədələyərək toxumaların böyümələrini yaradırlar.

Əgər papilloma virusu dəriyə düşürsə - ziyil inkişaf edir, əgər cinsiyyət üzvlərinin (uşaqlıq yolu və ya uşaqlıq boyunun) selikli qişasına düşərsə - “itiuclu kandilomlar” əmələ gəlirlər.

Simptomlar və gedişat

Kondilomlar nadir hallarda böyük ölçülərə çatırlar, ona görə də kondilomatoz simptomsuz keçir – kondilomun olması nəzərə çarpacaq kosmetik defektlər yaratmır və normal cinsi həyata mane olmur. Lakin heç vaxt hesab etmək omaz ki, kondilomlar tam ziyansızdırlar.

İş burasındadır ki, kondilom əmələ gəlməsi prosesinin əsasında da şişlərin inkişafı dayanır və ona görə də uzun müddət davam edən kondilamatoz xərçəngqabağı haldır. Sübut olunmuşdur ki, məsələn, uşaqlıq boyu kondilomatozu xərçəng ehtimalını 50-60 dəfə artırır.

İnsan papillomu virusu uşaqlıq boyu epitelinin displaziyasının (doğuş zamanı uşağa keçir) bir sıra hallarına da cavabdehdir.

Diaqnoz

Kondilomatozun diaqnostikası xüsusi çətinlik törətmir – kondilomlar dermatoveneroloqun adi müayinəsi nəticəsində müəyyən olunurlar. Onların virus təbiətli olmasını bilmək üçün polimeraz zəncirvari reaksiyadan – uşaqlıq yolu və uşaqlıq boyu selikli qişasında virus hissəciklərinin olmasını ayırd edən xüsusi araşdırma üsulundan istifadə olunur.

Müalicə

Kondilomatoz demək olar ki, heç vaxt öz-özünə keçmir və xüsusi müalicə tələb edir. Adətən müalicə virusəleyhinə preparatların və ya interferonların təyinindən başlanır, sonra maye azotun (kriodestruksiya), lazer terapiyasının və ya elektrokoaqulyasiyanın köməyi ilə kondilomlar məhv edilirlər. Həmçinin, kimyəvi təsirlərdən (papillomları turşularla “yandırırlar”) və s. istifadə edirlər. Bu halda da bütün seksual partnyorların eyni zamanda müalicə alması vacibdir.

Hamiləlikdə görünən kondilomlar residiv hala keçirlər, boşalmağa meylli olurlar. Yaxşı olar ki, müalicə xüsusi ehtiyatla hamiləliyin ilk aylarında aparılsın. Bu halda yalnız fiziki metodların (krioterapiya və CO2-lazer) tətbiqi məsləhət görülür. Sitotoksik preparatların (podofillin, podofillotoksin və 5-FU) hamilələr üçün istifadəsi əks göstərişdir.


Tarix: 16.01.2015 / 11:48 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Urologiya