beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tibbi cihazlar əvəzinə ağıllı alətlər

Son illərdə texnologiyanın inkişafı nəticəsində gündəlik istifadə etdiyimiz bir neçə alətin funksiyaları eyni texnoloji vasitədə cəmlənib. Məsələn, əgər əvvəllər musiqi dinləmək, şəkil çəkmək, cəhəti müəyyən etmək, kinoya, televizora baxmaq üçün ayrı-ayrı alətlərdən istifadə edirdiksə, hazırda bütün bu istəklərimizi eyni bir alət vasitəsi ilə reallaşdıra bilirik.
Texnikanın bu inkişafı isə özünü müxtəlif elm sahələrində biruzə verir. Mütəxəssislərin sözlərinə görə, texnikanın inkişafı gələcəkdə tibb sahəsində lüzumsuz hesab edilən bəzi müayinələri, get-gəlləri aradan qaldıracaq. Belə ki, müalicə müddətində mütəmadi olaraq həkim yanına getməyə, müayinədən keçməyə vaxt tapmayan və fiziki cəhətdən bu imkanı olmayan xəstələr artıq özləri-özlərinin həkimi ola biləcəklər. Onların sözlərinə görə, yaxın gələcəkdə kiçik nano çipləri insanın dərisi altına yerləşdirməklə bütün sağlamlıq məlumatları cib telefonuna ötürüləcək. Məlumata görə, 5 il sonra nano texnologiyalı çiplərin qana yerləşdirilməsi vasitəsilə nəinki təzyiqə, qan dövranına nəzarət etmək mümkün olacaq, eləcə də xərçəng xəstəliyinin törədicisi olan hüceyrələrin inkişafını da onlar vasitəsilə öncədən görə biləcəyik. Ekspertlərin fikrincə, artıq satışa çıxarılan bu cihazdan gələcəkdə bütün evlərdə istifadə ediləcək.


Tarix: 07.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Texnobaz