Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnfarkt riskin müəyyən edən cihaz

Mütəxəssislər çox zaman texnologiyanın insan orqanizminə olan mənfi təsirlərindən danışırlar. Amma bu yaxınlarda Apple şirkətinin bazara çıxarmaq istədiyi yeni texnoloji alət insan sağlamlığına ziyan deyil, xeyir gətimək üçün planlanıb. Belə ki, şirkət bu yaxınlarda satışa çıxaracağı yeni məhsulla sağlamlığına qarşı həssas olan insanların işini daha da asanlaşdıracaq. Müəllifi Tomlinson Holman olan bu yeni cihazla qanın damarlarda hərəkət edərkən çıxardığı səsi analiz edib bunun nəticəsində ürəyin sağlamlıq dərəcəsini müəyyənləşdirmək mükün olacaq. Apple şirkəti adı çəkilən texnologiyadan istifadə etmək üçün onu insan bədəninə yerləşdirmək barədə düşünür. Bunun üçün isə ən ideal üsul kimi Apple onu ağıllı saatı olan İwatchın içinə yerləşdirmək istəyir. Şirkət tərəfindən yayılan məlumatlarda bildirilir ki, onlar bu yaxında insan sağlamlığının qayğısına qalan digər alətlər üzərində də çalışmağı düşünürlər.


Tarix: 07.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Texnobaz
loading...