beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın 10 ən bahalı maşını

Adətən dünyanın ən məhşur insanları haqqında məlumat dərc edən “Forbes” jurnalı bu dəfə dünyanın ən bahalı avtomobillərinin siyahısını hazırlayıb. Bu siyahıda olan avtomobillərin qiyməti o qədər yüksəkdir ki, bir çoxlarımız bahalı hesab etdiyimiz “Rolls-Royce” bu sırada sonuncu yeri tutub. İndi isə sizə həmin siyahını təqdim edirik.

1. Bugatti Veyron Super Sport – Qiyməti: $2.6 Milyon
Ən bahalı avtomobillər sırasında liderlik edən Bugatti Veyron Super Sport haqqında təkcə onu demək kifayətdir ki, o yalnız qiyməti ilə deyil, həm də öz sürəti ilə Guinness rekordlar kitabına girməyi bacarıb. Eləcə də bu avtomobil öz rahatlığı və elementlərinin bahalılığı ilə seçilir.



2. Koenigsegg Agera – Qiyməti: $1.5 Milyon

Dünyanın ən sürətli vasitələri siyahısında ilk iki yerə idman avtomobilləri sahiblik edir. Karbon lif və alüminium gövdəsiylə çox yüngül bir quruluşa sahib olan Koenigsegg Agera 3,1 saniyədə 100 km / s sürət yığa bilir.



3. Maybach Landaulet – Qiyməti: $1.405 Milyon
İlk dəfə “2008-Detroit Motor Show” da gördüyümüz Maybach Landauletin platforması 62S modelinin platforması ilə demək olar ki, eynidir.



4. Pagani Zonda C9 – Qiyməti: $1.3 Milyon
Pagani Zonda C9 hələ bazara çıxarılmasa da, fotoşəkillərindən gördüyümüz qədəri ilə Mersedesin V12 AMG mühərriki ilə təchiz edilib. Bu modeldən yalnəz 40 ədədinin satışa çıxarılacağı gözlənilir.



5. Ferrari F70 – Qiyməti: $870,000 (Təxmini)
Ferrarinin hər on ildə bir çıxartdığı xüsusi nümunələrində biri olan F70-in Ferrari Enzo’nun varisi olduğu deyilir. Vasitənin texniki imkanları və dizaynı haqqında hələ də bir məlumat yoxdur.



6. SSC Ultimate Aero – Fiyatı: $750,000
Bir çoxlarının “Bugatti Veyron qatili” kimi tanıdığı bu model V8 mühərriki ilə təchiz edilib. Bu model digərlərində öz rahatlığı ilə seçilib.


7.LeBlanc Mirabeau – Qiyməti: $728,000
İdman üslubunda dizayn edilən və yarış avtomobili kimi nəzərdə tutulan bu maşının demək olar ki, rahatlıq üçün heç bir şəraiti yoxdur. O , sürəti sevən, adrenalin həvəskarları üçün nəzərdə tutulmuşdur.



8. Ferrari SA Aperta – Qiyməti: $520,000
Bu il “Paris Auto Show” sərgisində nümayiş etdirilən bu model V12 mühərriki və 3.5 saniyyədə 0-100 km / s sürətlənmə gücünə malikdir. Bu xüsusi modeldən yalnız 80 ədəd satışa çıxarılıb.



9. Lamborghini Murcielago LP670-4 SuperVeloce – Qiyməti: $455,400
Lamborghini Murciealago seriasının xüsusi versiyalarından olan bu model 6.5 litrlik tutumu olan V12 mühərrikindən ibarətdir. O, 3.2 saniyyədə 100 km/s sürət yığır.



10. Rolls-Royce Phantom Drophead Coupe – Qiyməti: $ 447,000
Siyahıda ən ucuz maşın Rolls-Royce Phantom Drophead Coupe-dur. V12 mühərriki, eyni zamanda lüks avadanlıqlarla təchiz edilən bu maşın izləyicidə xoş təəsürat yaradır.


Tarix: 07.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Texnobaz