beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Telefonların enerji problemi həll olunur

“StoreDot” firmasının İsrail mərkəzi tərəfindən təqdim edilən yeni batareya növü texnologiya sahəsində son illərin əsas icadlarından hesab edilir. Nano texnologiyası əsasında hazırlanan bu yeni batareya növünün əsas özəlliyi onun 30 saniyə ərzində tam enerji toplamasıdır. Bu yeni texnologiyanın ilkin təqdimatı “Microsoft”un Tel-Əviv şəhərində təşkil etdiyi “Think Next” konfransında baş tutub.

Hələlik istifadə üçün tam hazır olmayan bu texnologiya və ondan istifadə qaydaları haqqında artıq videotəqdimat hazırlanıb. Video çarxa əsasən bu yeni məhsul adi telfonun arxa hissəsinə xüsusi bir batareya və ona taxılan xüsüsi adapterdan ibarətdir.

Firmanın müdürü Doron Myersdorf mövzu ilə əlaqədar mətbuatda çıxış edərkən hazırda üzərində işlər aparılan bu yeni texnologiyanın gələcəkdə daha da inkişaf etdiriləcəyini və onun bütün telefonlara uyğunlaşması üçün çalışacaqlarını bildib. Şirkət tərəfindən MFE (Multi Function Electro) kimi adlandırılan bu alətin 2016-cı ildə satış bazarına çıxarılacağı gözlənilir.


Tarix: 07.01.2015 / 13:30 Müəllif: Aziza Baxılıb: 11 Bölmə: Texnobaz