beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu avtomobillərin sürücüyə ehtiyacı yoxdur

Avtomobil idarə etmək kişilərin ən çox sevdiyi məşğuliyyətlərdəndir, amma yəqin ki, siz də yorğun olduğunuz zaman avtomobilinizi başqa birinin idarə etməsini istəmisiniz. Elə “Google” da sürücülərin bu istəyindən xəbərdar olduğu üçün sürücüsüz idarə edə biləcəyimiz fərqli avtomobil modeli hazırlamaq haqqında düşünür. Bu barədə “Google” şirkətinin həmtəsisçisi Serqey Brin “Recode” konfransında açıqlama verib. O bildirib ki, hələlik sözü gedən avtomobilin yəni, “google mobile”ın yalnız prototipi hazırlanıb. Şirkət rəsmisinin sözlərinə görə, yayda genişmiqyaslı sınaqlar üçün təxminən 100 bu cür maşın hazırlamaq planlaşdırılır. Sürücüsüz idarə edə biləcəyimiz bu avtomobil bort kompüteri və çoxsaylı ötürücülər vasitəsilə idarə olunacaq.
Adı çəkilən layihənin əsas məqsədi daha təhlükəsiz avtomobillərin yaradılmasıdır. Hazırda ABŞ-da avtomobil qəzalarında hər il 33 min insan, bütün dünyada isə təxminən 1,2 milyon insan dünyasını dəyişir.


Tarix: 07.01.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 14 Bölmə: Texnobaz