beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Telefonunuzun enerjisi bitməyəcək

Bu gün biz istəsək də, istəməsək də texnologiya həyatımıza bu və ya digər dərəcədə daxil olub. İş ilə əlaqədar olaraq günümüzün müəyyən hissəsində müxtəlif texnoliji alətlərdən istifadə edirik. Bu zaman çoxumuzu narahat edən əsas məsələ istifadə etdiyimiz texnologiyanın uzun müddət enerji saxlamamasıdır. Yəqin ki, hər birimiz ömürboyu enerjisi bitməyən bir telefon və ya kompyuterimizin olmasını çox istərdik. Bu gün bu arzumuzu reallaşdıracaq texnologiya olmasa da, ən azından istifadə etdiyimiz texnologiyanın uzun müddət enerji saxlaması bizdən aslıdır. İndi sizə İOS və Android sistemi ilə çalışan tabletlərinizin uzun müddət enerji saxlaması üçün bəzi məsləhətlər vermək istəyirik.

İstifadə etmədiyiniz müxtəlif tətbiqetmələr
İOS və Android sistemləri ilə çalışan tabletlərdə arxaplanda çalışan tətbiqetmələr tabletlərin RAM-ında əlavə yer tutduğu kimi həmçinin onların sürətini də aşağı salır. Bu eyni zamanda istifadə etdiyiniz texniki vasitənin tez zamanda enerjisinin bitməsinə səbəb olur. Bu kimi hallarla qarşılaşmamaq üçün yaxşı olar ki, bir tətbiqetmədən istifadə etdikdən sonra oradan çıxış edəsiniz.

Ekran parlaqlığı
Tabletlərdə enerjinin tez zamanda azalmasına səbəb olan əsas göstəricilərdən biri də işıqlandırma,
ekran parlaqlığıdır. Tabletlərin ölçüsü artdıqca onların sərf etdiyi enerji də artır. Ekranın parlaqlığını artırmaqla isə siz sərf olunan enerjini 2-3 qat artırmış olursunuz.

İnternet
Telefonunuzun enerjisinin zəifləməsinə səbəb olan əsas göstəricilər içərində uzun müddət açıq saxladığınız sosial şəbəkələriniz əsas yerlərdən birini tutur. İstifadə etmədiyiniz halda internetin uzun müddət açıq qalması onun enerjisini zəiflədir. Çünki siz istifadə etməsəniz də, o mütəmadi olaraq yenilənir. Tabletinizin enerjisini zəiflədən digər bir səbəb də məkan dəyişdirdiyiniz halda wi-fi sitemini bağlamamağınızdır. Siz wi-fi-ni bağlamadığınız üçün məkan dəyişdirərkən telefonunuz yeni internet qovşağı axtarmağa başlayır. Bu isə onun mütəmadi olaraq çalışmasına və daha çox enerji itirməsinə səbəb olur.

Demək olar ki, əksər istifadəçilərin yol verdiyi əsas səhvlərdən biri də ehtiyac olmadığı halda telefonu enerji yığmaq üçün qoşmaqdır. Bu enerji daşıyıcısının ömrünü daha da azaldır. Eləcə də enerji 100% olmadan onu qovşaqdan ayırmaq da mobil vasitənizə eyni qədər mənfi təsir göstərir.


Tarix: 07.01.2015 / 13:48 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Texnobaz