beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıllı saat modelləri

Son zamanlar geniş yayılan texnoloji vasitələrdən biri də ağıllı saatlardır. Bu məqalədə biz də sizə bu texnoloji alətlər və onların funksiyaları haqqında məlumat verməyə çalışacağıq.

APPScomm L6
Koreya markası hesab edilən “APPScomm”un ən münasib qiymətli modeli L6-nın əsas xüsusiyyətlərindən biri də onun Bluetooth funksiyası sayəsində zənglərə cavab verməsidir. Belə ki, kimsə sizə zəng etdiyi zaman bunu titrəşmə ilə hiss edirsiniz və zəng edən şəxsin adını və ya nöməsini saatta görə bilirsiniz.

APPScomm L8
Bu model L6-ya aid olan bütün xüsusiyyətləri özündə birləşdirməklə yanaşı, həm də musiqi dinləmək kimi əlavə bir funksiyaya sahibdir. Bunun üçün də saatda həm də əlavə qulaqcıq girişi var. Bu ağıllı saatı eyni zamanda biləyinizdən çıxarıb mp-3 player kimi boynunuzdan asaraq istifadə edə bilərsiniz. O da bir çox ağıllı telefonlar kimi iPhone və Android ağıllı telefonları ilə çalışır. Adıçəkilən modelin 5 rəngi mövcuddur.

APPScomm P1
P1 modeli əvvəlkilərlə müqayisədə daha geniş funksiyalara malikdir. Bu modellə musiqi dinləmək mümkün olmasa da, bunun əvəzinə gələn mesajları oxumaq, cavablandırmaq və telefon siyahınızdakı şəxslərin adlarını axtarmaq mümkündür. Bazarda 4 rəngi var.

APPScomm S5
Bu modelin içində öz prosessoru, yaddaşı kartı və SIM kart dəstəyi var. Buna görə də deyə bilərik ki, S5 bir növ də biləyinizdəki ağıllı telefondur. O WiFi, kamera və Android 4.0 dəstəyinə sahibdir. Bu modellə siz mesajlaşa, telefonun yaddaşını görə, musiqi dinləyə, saatı öyrənə və internetdə gəzişə bilərsiniz.

APPScomm Z1
Z1 modeli də S5 kimi biləyinizə taxa biləcəyiniz ağıllı telefonun xüsusiyyətlərini daşıyır. Fərqi isə bir az daha böyük ekrana və orijinal dizayna sahib olmasıdır. Digərlərindən tək fərqi musiqi dinləmək xüsusiyyətinə sahib olmamasıdır. Satışa 3 əsas rənglə təqdim edilib.

APPScomm Z3
Z3 modeli isə özündən əvvəlki modellərin bütün xüsusiyyətlərinə malikdir. “APPScomm” ailəsinin son üzvü hesab edilir.

Samsung Galaxy Gear
“Samsung”un ağıllı saat bazarına giriş məhsulu hesab edilən “Galaxy Gear“ zövqlü görünüşü ilə diqqət çəkir. Onun vasitəsi ilə sizə zəng edənləri görə, cavablandıra. səsli əmrlər verə, eyni zamanda şəkil və video çəkə bilərsiniz.

Sony SmartWatch 2
Yalnız Android cihazlarla çalışan bu ağıllı saatın əsas üstünlüyü onun toza və suya qarşı dayanıqlı olmasıdır. Onun vasitəsilə Facebook və Twitter mesajlarına da biləyinizdən baxa bilərsiniz.


Tarix: 07.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Texnobaz