beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yanlış kondisisonerin yol açdığı fəsadlar

Havalar istiləşdikcə sürücüləri narahat edən məsələlərdən biri- avtomobil və sağlamlıq üçün zərərsiz kondisisoner seçimi məsələsi gündəmə gəlir. Bu məsələ sürücülərlə yanaşı həkimləri də narahat edir. Onların sözlərinə görə, yanlış kondisisoner seçimi ağciyər xəstəliyindən tutmuş sətəlcəmə qədər ən müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Bunun üçün həkimlər sürücülərə lazım olmadığı müddətdə kondisisonerdən istifadə etməməyi tövsiyyə edirlər. Onların sözlərinə görə, isti havalarda kondisisonerdən istifadə etməkdənsə, avtomobilin pəncərələrini açmaq daha məqsədəuyğundur. Amma avtomobilin pəncərələrini açarkən sürəti minimuma çatdırmalıyıq. Çünki yüksək sürətlə idarə edərkən açdığımız pəncərə sağlamlıq üçün kondisisonerdən daha zərərlidir.

Avtomobildə əsas sərinləşdirici vasitə kimi kondisisonerdən istifadə edən sürücülərə isə mütəxəssislər tövsiyə edirlər ki, hətta istifadə edilmədiyi müddətdə, qış aylarında belə kondisisoner sisteminə nəzarət etsinlər. Bunun üçün onlara qış aylarında həftədə ən az bir dəfə 5-10 dəqiqəlik kondisisoneri yandırmaq, qaz filterinə daim nəzarət etmək tövsiyyə edilir. Əgər qaz filterində hava qabarcıqları görürsünüzsə, deməli, avtomobilinizi qazla doldurmağın vaxtıdır. Bu zaman deşilən bir xortum vasitəsi ilə içəriyə sızan su və ya palçıq avtomobilinizə zərər yetirə bilər. Buna görə də avtomobil müntəzəm olaraq içəriyə düşən kənar maddələrdən, hissəciklərdən də qorunmalıdır.

Mütəxəssislərin sözlərinə görə, nə qədər doğru kondisisoner seçilir seçilsin, bəzən onu yanlış formada istifadə etməyimiz də sağlamlığımız üçün müəyyən problemlər ortaya çıxarır. Avtomobildə kondisisonerdən yanlış istifadə xüsusilə tənəffüs yolu infeksiyalarının- bronxit, sətəlcəm, göz iltihabı, beyin iltihabı və müxtəlif əzələ xəstəliklərinın yaranmasına səbəb ola bilir. Bu xəstəliklərdən qorunmaq üçün kondisioner istifadə edərkən onu üzə və sinəyə doğru deyil, ön şüşəyə doğru yönləndirməyiniz tövsiyə edilir.


Tarix: 07.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Texnobaz