beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat lövhələri

Sevginin ölümü küçələrin ölümü deyilmi?
Payızın ölümü deyilmi sevginin ölümü?
Skamyaların boşluğu
Ayrılığın şəkli deyilmi?
Qağayılara atıram qələmimi
Mən indi qatil deyiləmmi?
İnthar etmiş yarpaqlara bax
Kim ağaclara qaldırar
Ölmüş baharı?
Bəlkə də yarpaqlar şəkillərdi
Fotoqraf yıxılıb
Açılmış çantasının ağzı
Bax gör necə öpüşür şəkillər.
Və yaxud
Ağacların altındakı kimsəsizlik
Ağacdan asılmış
Boş yellənçək deyilmi?
Seks filmlərində dodaqlar ölmədilərmi?
Gözlər hələ də ağlayır bir cüt körpəsini.
Mersedesin surəti ayrılığa bənzəmirmi?
ABŞ dolları mübahisə deyilmi?
Şadlıq saraylarında
Bir azca qəm var
əvvəl ağaclar ölür
sonra adamlar
biz bunu bilmirikmi?
Sahil bağında
Skamyalara yazılmış adlar
İslanmış sərçələr kimi civildəşirlər:
“Vaxtı ilə biz də sevmişik”
indi biz bu adlara təsəlli olmayaqmı?
Ömrüm mübahisələrlə doludu
Hər biri həyata bərabər…
Deyəsən
insanları əşyalar oldurur..


Tarix: 25.03.2013 / 18:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Sevgi şerləri