beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güləm...

Məhəbbət bağından sən məni dərdin
Ətrimi duyub tezdə itirdin
Güllərin içində sevgi bitirdin
İndi mən sənin üçün solan bir güləm
Məhəbbət bağına xəzan gətirdin
Baharı gəlmədən boran gətirdin
Sən mənim ömrümə hicran gətirdin
Hicranın əlindən bezən bir güləm
Məhəbbət bağının tər qönçəsiydim
Ətirli güllərin ən incəsiydim
Bülbülün cəhcəhi xoş nəğməsiydim
Bülbül cəhcəhinə həsrət bir güləm
Məhəbbət bağına ləçək açmamış
Arzusu muradı başa çatmamış
Eşqin könlümdə büsat qurmamış
Sənə vida deyib ölən bir güləm


Tarix: 26.12.2014 / 12:00 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Sevgi şerləri