beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FANI DÜNYA

müellif Valeh Duyğun

FANI DÜNYA

Eziz dostum uyma vara, dövlete.
Dünya malı göze perde salandı.
Bir gün gelen, bir gün gedir rehmete,
Fani dünya boşalandı, dolandı.

Men feleye dost demedim nedense,
Felek vefa eylemedi bir kese.
Dost dostunu ne, qeder çox istese,
Zalım felek dostu dostdan alandı.

Biz gelmişik, getmek üçün yaşarıq.
Yaxşılıqlar etmek üçün yaşarıq.
Iki dünya sakiniyik bunu bil,
Biri alan, biri ise satandı.

Alınan da, satılan da biz olduq.
Dünya içre gah boşaldıq, gah dolduq.
Bu dünyadan aparmaqa ne aldıq?
Dünya özü bu dünyada qalandı.

Çalış qelbi derde mekan eyleme,
Her çiçeyi ter gül bilib iyleme.
Sonda feğan eyleyerek söyleme,
Derdli könlüm derd elinden talandı.

Kenar gezme acdan, laldan, çolaqdan.
Merhemet et, seyr eyleme uzaqdan.
Üz çevirib qaçma gelen qonaqdan.
Dar mezarda ilk qonaqın ilandı.

Çalış leke salma o, temiz ada.
Bu gün varsan, sabah yoxsan dünyada.
Milyon il ucalan dağ da, qaya da,
Mehv olub batmağı da, birce andı.

Yaxşılıq et, amma vurma başa sen.
Qelbleri qırıb dönderme daşa, sen.
Çalış ömrünü namuslu yaşa sen.
Qoy desinler bu, möhteber insandı,
O dünyasın, bu dünyada qazandı.

Düşünme ki, servetin varsa nersen.
Allah hüzurunda sen de nökersen.
Gün geler, düz deyib DUYĞUN, deyersen.
Heqiqeten de, bu dünya yalandı.!!!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 414 Bölmə: Sevgi şerləri