beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVGİLƏR

Sevgi vardır ki, dodaqlarda açar güllerini,
Sevgi vardır ki, biraz qar kimi, ruzgar kimidir.
Sevgi vardır oxudur qelbi de bülbüllerini,
Bele bir sevgi menim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Elə bir sevgi də min dürlü xəyalətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir,
İçə zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi şerləri