beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz çətindir

Sənsiz çətindi bu dünyada gülüm
Sənsiz yaşamaq da gülmək də çətin
Sənsiz çətindi sabahı qarşılamaq
Sənsiz çətindi sənsiz yaşamaq.

Gözümdən getməyib hələ gülüşün
Son dəfə ayrılanda mənə baxışın
Əlvida sözünü mənə deyişin
Sənsiz çətindi yaşamaq gülüm

Yadındadır son dəfə ayrılanda sən,
Dedin ki "Eybi yox mənsiz dözərsən"
Olmadı sevgilim... dözə bilmədim
Sənsiz çox çətindi canım sevgilim.

Gözləyirəm yolunu hər saat hər an
Sən mənim həyatım sən mənim dünyam
Getdiyin yollara hər gün baxıram
Gələrsən deyirəm bəlkə bir axşam

Getdin gecə getdin yandı ürəyim
Getdin elə getdin sındı ürəyim
Həsrətli yaşlarla doldu gözlərim
Sənsiz çox çətindi çətin sevgilim


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Sevgi şerləri