Meni Atirsansa
						Məni atırsansa, bir səbəb göstər, 
Nə sübut axtarım, nə dəlil gəzim. 
Desən ki topalsan, hər axşam-səhər 
Axsaya-axsaya qalım, əzizim. 
Tapa bilmirsənsə bir günah qüsur, 
Mən necə haqq verim dönüklüyünə? 
Xətrinə könlümü edərəm məcbur, 
Sənə yad olaram, lənət o günə! 
Yanaram hər zaman hicran odunda, 
Təki şöhrətinə gəlməsin nöqsan. 
Gəzməz dodağımda gözəl adın da 
Bir kəlmə kəsmərəm dostluöumuzdan. 
Nifrət yağdıraram özümə hər dəm, 
Sənə yad olanı sevə bilmərəm.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi şerləri
loading...