beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dənizim

Nə üçünsə dəniz həmişə sevənlərin həmdəmi olub...
Bir vaxtlar mən də dənizi çox sevərdim, eynən O`nu sevdiyim kimi.
Amma indi dənizə nifrət edirəm, dənizə yaxın yaşamağıma,
dənizin havasına öyrəşməyimə baxmayaraq...
O`nun da gözləri mavi idi, dənizin rəngi kimi.
O`na “dənizim” deyirdim və hərdən mənə elə gəlirdi ki, dəniz rəngini
O`nun gözlərindən borc alıb. Həmişə dəniz qırağına bir yerdə gedərdik.
Saatlarla dənizə baxardıq... Mən təzə yazdığım şeirlərimi deyərdim,
o isə heyran-heyran mənə qulaq asardı... şeirlərim o dəmdə
mənim özümə də qeyri-adi görünərdi. Bəlkə O`na həsr
elədiyim üçün, ya da dənizin zümzüməsinin müşayiətində dediyim üçün?!..
Həyatda heç nə əbədi deyilmiş...
Dəniz dəniz gözlü “dənizim”i mənə qısqandı, O`nu məndən aldı...
O`nu itirəndən sonra dəniz qırağına cəmi bir dəfə getdim, bir
dəstə çobanyastığını dənizə səpməyə...
Çobanyastığı O`nun ən çox sevdiyi gül idi...
Dəniz üçün yazdığım şeirlərimi cırmaq, yandırmaq, külünü göyə
sovurmaq istədim. Amma bacarmadım. Çünki, dənizdən bəhs etdiyim,
dənizi təsvir etdiyim şeirlərin hamısını O`na həsr eləmişdim.
Axı mən dənizlə dəniz gözlü “dənizim”i bir-birindən ayırmırdım...
Indisə O yoxdur. Bir mən varam, bir də dəniz...


Tarix: 03.12.2014 / 17:58 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Sevgi şerləri