beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pendirli noxudlu salat
Pendirli noxudlu salat

MATERİAL SİYAHISI:

3 su b. Pörtmüş noxud
100 q. Dil pendiri
1 qırmızı soğan
2 köz qırmızı istiot
2 yaşıl istiot
2 pomidor
5 budaq təzə soğan
1 kasa istiotlu zeytun
1 dəstə cəfəri
1 ovuc içi qədər təzə nanə
Limon
Zeytun yağı

İÇİ:

Pörtmüş noxudu soyuduruq və qarışdırma qabına alırıq. Qırmızı soğanı, istiotlu zeytunu, köz istiotu, yaşıl istiotu və pomidoru doğrayırıq. Təzə soğanı, cəfəri və təzə nanə doğrayırıq və doğranan materialları qarışdırma qabına alırıq. Dil pendirini kub doğrayıb əlavə edirik. Limonu sıxırıq zeytun yağını tökürük. Qarışdırırıq və boşqaba tökürük. Cəfəri və nanə bəzəyərək xidmət edirik.


Tarix: 22.04.2015 / 18:05 Müəllif: Nurana Baxılıb: 84 Bölmə: Salat tarifleri