beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karusel salatı resepti :)

Tərkibi:
1 orta ölçülü soğan
0,5 banka qarğıdalı konservi
200-250 qr koreya üsulu yerkökü
150-200 qr hisə verilmiş toyuq döşü
1 paket suxarı
Mayonez

Hazırlanması:
Koreya üsulu yerkökünü hazırlayın. (Bunun üçün 250 q kökü saman kimi doğrayın. Sarımsağı və keşniş toxumunu əzin, duz, qırmızı və qara istiot, duz, 1 çimdik şəkər tozu ilə birlikdə yerkökü ilə qarışdırın. Bir soğanı çox xırda doğrayıb yağda qızardın. Sonra soğanı yağdan çıxarın. Yağı qaynar-qaynar kökün üzərinə gəzdirin. Sonra buna 1-1,5 x.q. sirkə də əlavə edib qarışdırın).
Soğanı xırdalayıb üzərinə qaynar su tökün. 5 dəqiqə sonra süzün. Toyuq ətini kub-kub doğrayın. Yerkökü, soğan, toyuq əti, qarğıdalını qarışdırın, süfrəyə verərkən mayonez əlavə edib qaışdırın, üzərinə suxarı səpin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:39 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Salat tarifleri