beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Selülitə qarşı pəhriz: dərinin elastikliyi üçün qida

Qadınların əksəriyyəti selülitdən həmişəlik qurtulmağı arzu edirlər. Lakin, real həyatda, hətta top-modellərdə belə selülit var.

Dietoloqlar əmin edillər ki, anti-selülit pəhriz vəziyyəti düzəldə bilər.

Anti-selülit pəhriz: ilk növbədə bədən təmizlənməlidir.

Anti-selülit pəhrizin iki məqsədi var. Birincisi, bədən artıq yağ qatlarından qurtulmalıdır, ikincisi, toksinlərdən təmizlənməlidir.

Birinci mərhələyə orqana daxil olan kalorilərin azaldılması daxildir. Gün ərzində 1200-1500 kalori itirmək lazımdır. Eyni zamanda anti-selülit pəhriz zamanı rasiona meyvə və tərəvəz əlavə etmək lazımdır.

Eyni zamanda, orqanizmdə olan artıq mayeni azaltmağa cəhd etmək lazımdır. Selülit sahələri çox saylı, tərkibində su saxlayan, hüceyrələrdən ibarətdir. Bədəninizdə artıq maye varsa onlar məhz bu sahələrdə toplanırlar. Bu, yeri gəlmişkən, arıq qadınlarda selülitin olmasının əsas səbəbidir.

Növbəti mərhələdə orqanizmə daxil olan toksinlerin miqdarını azaltmaq lazımdır.

Anti-selülit pəhriz zamanı hansı məhsullardan istifadə etmək lazımdır.

Ekoloji baxımdan təmiz meyvə-tərəvəz orqanizmi toksinlərdən təmizləmə və ifraz üçün gözəl vasitədir.
Bir neçə faydalı meyvə-tərəvəz :

Avokado – Bu meyvə dərinin sağlamlığı üçün çox vacibdir;

böyürtkən, albalı, manqo, portağal, çiyələk, moruq, pomidor, ispanaq, göyərti - bütün bu məhsullar anti-selülit pəhrizə daxil edilməlidirlər, onlar bədəndə olan artıq yağı yandırırlar.


Tarix: 27.12.2012 / 11:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Saglamliq