beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamaq istəyənlərin nəzərinə!

Artıq çəkidən azad olmaq istəyən xanımlar bəzi qaydalara əməl etməklə istədikləri görkəmə tez bir zamanda çata biləcəklər. Odur ki, diqqətli olun.
Səhər yuxudan oyanan kimi ilk işiniz 2 stəkan otaq temperaturunda olan su içməlisiniz.
Gün ərzində isə mütəxəssislər 3 litrə qədər suyun qəbul edilməsini vacib sayırlar. Ağız dadınıza görə suyun içərisinə ya limon yaxud da almaq sirkəsi əlavə edə bilərsiniz.
Yemək yeyərkən qəti surətdə su içməyin. Yeməkdən yarım saat əvvəl və bir saat sonra su qəbul edə bilərsiniz.
Hazır meyvə şirələrindən və qazlı içkilərdən uzaq durmağınız məsləhət görülür.
Şam yeməyini bir az erkən yeyin, gün batınca isə şorbadan başqa heç nə yeməyin.
Yaxşı olar ki, ağ undan hazırlanmış çörəklərə üstünlük verməyəsiniz.
Hər gün açıq havada ən azı 30 dəqiqə piyada gəzin.
Artıq çəkini atdığınız zamanlar, yeməyinizə diqqət yetirdiyiniz vaxtlar süd, pendir, qatıq, yumurta və toyuq ətindən uzaq durun.
Və neçə kilo atmaq istəyirsinizsə onu 3-ə vurun. Məsələn. 3 kilo atmaq istəyirsinizsə deməli, 9 gün bu proses davam etməlidir.


Tarix: 27.12.2012 / 11:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Saglamliq