beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucla əlaqəli fətvalar (2-ci hissə)

Orucun vacib olan vaxtı.
1Sual: Mən iyirmi üç yaşına çatmış gəncəm. Hələ mənim on beş yaşım olarkən atam məni oruc tutmağa təşviq edirdi. Mən isə bir gün oruc tutur bir gün iftar edirdim. Və orucun həqiqi mənasını dərk etmirdim. Sonra yaşa dolduqca onun mənasını dərk etməyə başladım və hər il Mübarək Ramazan ayını oruc tutmağa başladım. Allaha şükrlər olsun ki, ondan sonra heç bir gün də olsun orucu tərk etməmişəm. Sualım isə belədir: Mən ötən illərin orucunu qəza etməliyəmmi? Onu da bildirim ki, mən on səkkiz yaşdan sonra Ramazan ayını ardıcıl oruc tutmağa başlamışam.
Cavab: Insan on beş yaşına çatdıqdan sonra şəriətin qanunları ilə mükəlləf (məsuliyyətli) olur. Bu yaşda oruc tutmağa səhlənkarlıq edən adam vacib əməli tərk etdiyi üçün onun qəzasını tutmalıdır. Orucun hikmətini bilməmək isə onun üçün üzr sayılmır. Ona görə də tutmadığı günlərin əvəzinə oruc tutmalı və əlavə olaraq hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Əgər günlərin sayını bilmirsə onda borcunu tam ödəməkdə ehtiyatlı olmalıdır. Allah daha yaxşı biləndir!
(Şeyx: İbn Cibrin).

2.Sual: On iki və ya on üç yaşına çatmış qız uşağı Ramazan ayını oruc tutmamışdır. Belə halda onun və ya ailəsinin boynunda borc varmı? O, oruc tutmalıdırmı? Tutmasa bəs onda boynuna nə isə düşürmü?
Cavab: Qadın müəyyən şərtlərlə: müsəlman, aqil, həddi-buluğ (həddi-buluğun əlaməti bunlardır: aybaşı olmaq, yuxuda cənabət olmaq, ön cinsiyyət orqanında tükün bitməsi yaxud on beş yaşa yetişməsi), - mükəlləf (məsuliyyətli) olur. Deyilən qız uşağında bu şərtlər mövcuddursa onda ötürdüyü Ramazan ayını qəza etməlidir. Əgər deyilən şərtlərin hər-hansı mövcud olmasa onda həmin qız uşağı mükəlləf (məsuliyyətli) deyil və onun boynunda heç bir borc qalmamışdır.
(Daimi Elmi Araşdırmalar mərkəzi).

Orucun vacib edilməsi üçün yaş həddi.
3.Sual: Oruc, qız uşağına nə vaxt vacib olur?
Cavab: Qız uşağı mükəlləf (məsuliyyətli) olduqda ona oruc tutmaq vacib olur. Mükəlləfliyin əlamətləri isə bunlardır: On beş yaşın tamamlanması, ön cinsiyyət orqanında tük bitməsi, məninin (spermanın) ifraz edilməsi, aybaşı və ya hamilə olması. Bu əlamətlərin bəziləri mövcud olduqda artıq, oruc saxlamaq vacib olur. Hətta qız uşağının on yaşı olub əlamətlər mövcud olarsa artıq mükəlləf (məsuliyyətli) sayılır. Bir çox qız uşaqları on və ya on bir yaşlarında aybaşı olurlar. Lakin onun ailəsi "qız hələ uşaqdır, onun nə yaşı var ki" və s. bu kimi sözlər deməklə qıza səhlənkarlıqla yanaşır və ona oruc tutmağı buyurmurlar. Bu isə xətadır. Qız uşağı aybaşı olduqda artıq qadınların sırasına qoşulur və mükəlləflik (məsuliyyətlilik) qələmi onun əməllərini yazır. Allah daha yaxşı biləndir!
(Şeyx: İbn Cibrin).

Orucun faydaları, ədəb-ərkanları, namaz qılmayıb oruc tutanın və bu işdə tənbəllik edənin hökmü.
Orucun ictimai faydaları.

4.Sual: Orucun ictimai faydası varmı?
Cavab: Bəli, oruc tutmağın bir çox ictimai faydaları vardır. Məsələn, insanların eyni vaxtda yemək və eyni vaxtda oruc tutmaqla özlərini bir ümmət kimi hiss etməsi, varlıların Allahın onlara verdiyi neməti dərk etmələri, kasıblara qarşı mərhəmətin yaranması, şeytan əməlinin azalması, Allah qorxusu və ictimaiyyət arasında əlaqələrin sıx olması və s.
(Şeyx: İbn Useymin).
5.Sual: Oruc tutana layiq olan əməllər hansılardır?
Cavab: Oruc tutan adam çoxlu ibadət, itaət etməli və qadağalardan çəkinməlidir. Vacib əməllərə xüsusi diqqət verməli və haramlardan qəti olaraq əl çəkməlidir. Çalışıb beş vaxt namazı öz vaxtında camaat ilə qılmalıdır. Qeybətdən, aldatmaqdan, yalan danışmaqdan, sələmçilikdən, haram edilmiş hər bir əməl və ya sözdən çəkinməlidir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim yalan danışmaq və ona əməl etməkdən çəkinməsə, onun yemək və içməyini tərk etməyə Allahın ehtiyacı yoxdur".
(Şeyx: İbn Useymin).

Iftar süfrəsində israfçılıq etmək.
6.Sual: Iftar süfrəsi üçün müxtəlif yeməklər hazırlamaqda həddini aşmaq orucun savabını azaldırmı?
Cavab: Bu əməl orucun savabını azaltmır. Oruc bitdikdən sonra haram iş görmək orucun savabına təsir etmir. Lakin deyilən əməl Allah təalənin bu ayəsinə daxildir: "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (əl-Əraf: 31). Israfçılıq etməyin özü qadağandır. Layiqli xərcləmək isə yaşayışın yarısıdır. Əgər həmin adamın imkanları genişdirsə və bişirdikləri yemək artıq qalıbsa yaxşı olar ki, onu başqalarına sədəqə versinlər.


Tarix: 05.05.2013 / 13:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 715 Bölmə: Ramazan