beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Çəkər"

Aşiqin vəsl yolun bir kərə canan çəkər,
Vəsl səbr ilə olur səbrini hicran çəkər.

Çəkmisən künlümü zülfünlə nigarım dəmə sən,
Bilməz idim dəmə hec insanı insan çəkər.

Cəzb edir könlümü zülfün Gecə-gündüz gözəlim,
Qaydadır, çünki, pərişanı pərişan çəkər.

Aşiqin canı könüldən giley eylər, yeri var,
Könlü sevdayə düşər, möhnətini can çəkər.

Gör qarışqanı ki, bir buğda ilə şad oldu,
Aləmin dərdini təxtində Süleyman çəkər.

Yar hicrin deməz heç, kim Vətən hicranı görüb,
Harda olsan bunu bil, getdiyin ünvan çəkər.

Ta əzəldən bilir aləm VƏTƏN AŞİQLƏRİYİK,
Çünki əcdadına insanı könül, qan çəkər.

Böylə ki, aşiqidir Qasid Azərbaycanın,
İftixar ilə adın AZƏRBAYCAN çəkər.


Tarix: 31.03.2013 / 16:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Qezeller