Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qədər"

Üzün hədisini dün söylədim bir ayə qədər,
Görək ki, şərhini vaiz bilir bir ayə qədər?

Səfayi-Kəbeyi-kuyin taparmı şeyxi-hərəm,
Əgər yüz il yügürə Mərvdən Səfayə qədər.

Dedim: visalın üçün çox dualar eyləmişəm,
Dedi: çatıbdı sənə etdigin duayə qədər.

Dünənki gün də gün idi, bu gün də bir gündür,
Vəli təfavütü var ərzdən səmayə qədər.

Bu qədr Seyyidə cövr etmə, ey məlaikxu,
Fəda olum sənə, ölməzmi bu cəfayə, qədər?


Tarix: 31.03.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Qezeller
loading...