beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Risvayi-dəhr edən məni zülfi-siyahdır"

Risvayi-dəhr edən məni zülfi-siyahdır,
Şahid bu əmrə eylədigim nalə, ahdır.

Qəmzən veribdü qətlimə fərman, nədir səbəb?
Etmə həlak bigünəhi çox günahdır.

Ləli-ləbin əqiqi-Yəmən, zülf yasəmən,
Dövri-ruxində xalü xətin gül-giyahdır.

Çahi-zənəxdə Zəmzəmü xalındü həm Həcər,
Mahi-ruxundə Kəbə mənə qibləgahdır.

Qoy bir öpüm bu danəyi-xali-siyahdan,
Hər Hacı öpməsə Həcəri, rusiyahdır.

Hər kim ziyarət etsə, Zəlila, nigarını,
Etsin xəyal, heccə gedib, bigünahdır.


Tarix: 30.03.2013 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Qezeller