beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Hər zaman dövri-fələk cövrünü.."

Hər zaman dövri-fələk cövrünü kim, yad etdim,
Atəşi-ahim ilə aləmi bərbad etdim.

Bir qədi-sərvi-rəvan dilbəri-tərsanə görüb,
Onu Şirin sanıb, gəndimi Fərhad etdim.

Xaneyi-könlü fərağət qəmi qılmışdı xərab,
Dərdi-eşq ilə onu bir dəxi abad etdim.

Bu ümid ilə ki, qanım tökəcək qəmzən oxu,
Dəmbədəm xatiri-məhzunumu mən şad etdim.

Gərçi Rüsva kimi canımdan əlimi yaqadım,
Aşiq öldürməgə lakin onu ustad etdim.


Tarix: 30.03.2013 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Qezeller