beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yenə " qəzəli

Dolanan bircə mənəm vadiyi-möhnətdə yenə,
Həsrəti-yar ilə həmdəm bu səyahətdə yenə.

Zülfünü yadə salıb qıvrılıram sübhə kimi
Dərd üzür könlümü girdabi-zəlalətdə yenə.

Düşməyən eşqə nə bilsin nədi hicran dərdi,
Mübtəla dərdü qəmə bir mənəm əlbəttə yenə.

Görmədim zahidi məsciddə ibadət vaxtı,
Mey içir söylədilər guşeyi-xəlvətdə yenə.

Eşqə, aşiqlərə əfsanə deyib güldük biz,
Tökülür qan o səbəbdən bu vilayətdə yenə.

Aləmi-eşqə siyasət gətiriblər, ancaq
Eşqdən başqa nə yoxdur bu siyasətdə yenə?

Yasına, meydə səfa tapmadılar qeyrləri,
Bir mənəm, bir də bizim saqi xərabətdə yenə.


Tarix: 30.03.2013 / 14:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Qezeller