beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Çixacaq " qəzəli

Ey könül, hicrdə əflakə fəqanın çixacaq,
Səbr qıl, qılmasan əlbəttə ki, canın çıxacaq.

Ey rəqib, gəl bu qədər söyləmə dildarə yalan,
Bir elə keçməz əminəm ki, yalanın çıxacaq.

Hər nə iş görsən əgər bir düşün əvvəl, çünki,
Qarşına etdiyin hər yaxşı-yamanın çıxacaq.

Etmə peykanlarını qurban olum, kəm məndən,
Ürəyindən, nə qədər varsa tikanın, çıxacaq.

Bu fəqir aşiqinə eylə əlindən nə gəlir,
Bütün aləmdə, inan, namü nişanın çixacaq.

Yasinə rəhm elə, yə'ni elə nə zülmün var,
Bunca zənn etmə ki, axirdə ziyanın çıxacaq.


Tarix: 30.03.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Qezeller