beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Gedir qoy getsin " qəzəli

Ey könül, tutma dilə yarı, gedir qoy getsin,
Unudub əhd ilə ilqarı, gedir qoy getsin.

Nə qədər sən də dedin, mən də dedim, xeyri nədir,
Tanımır evyıxan əğyarı, gedir qoy getsin.

Bir cavab gözləmə ondan bizə ümmid verəsi,
Səbəbin sorma, səni tarı, gedir qoy getsin.

Dolanırdıq biz onun başına pərvanə kimi,
Yandırır indi bu rəftarı, gedir qoy getsin.

Nə xəta eyləmişik ki, toxunub xatirinə,
Baxmayır indi bizə sarı, gedir qoy getsin.

Müşkül işdir dönə fikrindən o zalım balası,
Eyləmə boş yerə israrı, gedir qoy getsin.

Yasinin canına, ey dil, səni mən and verirəm,
Daha bezdirmə o dildarı, gedir qoy getsin.


Tarix: 30.03.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Qezeller