beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Əlini üz candan " qəzəli

Eşq sevdasına düşdün əlini üz candan,*
Hər nədən üzsən əgər üzməginən canandan.

Səbri, ey dil, sipər et dövrənə daim, çünki
Üstünə eşqdə qəmlər gələcək hər yandan.

Şövq ilə qoymusan öz yarına heykəl canda,
Çək hasar dövrəsinə qanə batan peykandan.

Qorxudur nari-cəhənnəmlə bizi zöhd əhli,
Bundan artıq nəyi gözlərsən axı nadandan.

Məktəbi-eşqdə kim istəsə məqbul olsun,
Alsın əla gərək o dərsi-qəmi-hicrandan.

Ömrünü istəsə hərgah o pərivəş səndən,
İmtina eyləmə, Yasin, belə bir imkandan.


Tarix: 30.03.2013 / 14:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Qezeller