beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Tutubdur " qəzəli

Zülfi-siyəhi arizi-cananı tutubdur,
Ah-nalələrim ərşü asimanı tutubdur.

Yarım düşünür göydə buludlardır edən seyr,
Bilmir fələki aşiqin əfqanı tutubdur.

İmkan belə yox kimsə gəlib halımı sorsun,
Göz yaşı bütün yolları, hər yanı tutubdur.

Yoxdur yeri canandan edim vəsl təmənna,
Çün könlümü artıq qəmi-hicranı tutubdur.

Kafər sayır aşiqləri zahid, sorun ondan,
Bəs neyçün özü huriyü qılmanı tutubdur?

Qafildi, nə bilsin ki, nədir eşq-məhəbbət,
Hər kimsə ki, dörd əlli bu dünyanı tutubdur.

Yasin, quru bir canun üçün əsmə, deyərlər:
Cananı atıb, kül başına, canı tutubdur.


Tarix: 27.03.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Qezeller