beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Hicrində " qəzəli

Uçub dağıldı könül xanimanı hicrində,
Töküldü üstümə ömrün tavanı hicrində.

Pərən-pərən salıb ahim günün şəfəqlərini,
Alıbdı cənginə dərd asimanı hicrində.

Ömür dəyirmanı bir dəm dayanmayıb, artıq
Üyütmüşəm günü, vaxtı, zamanı hicrində.

Məqamə qalxmağı aşiqlərin xəyal olacaq,
Səbirdən olmasa gər nərdivanı hicrində.

Vüsalə hərdən ümidim itir, qan ağlayıram,
Sevindir, ey pəri, gəl bədgümanı hicrində.

Bu Yasin istəyir ömrün bağışlasın sənə, gəl,
Gəl al ki, çıxmaya, nolar, yalanı hicrində.


Tarix: 27.03.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Qezeller