beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Səni, ey tazə hilalım, yetişib mah olasan " qəzəli

Səni, ey tazə hilalım, yetişib mah olasan,
Nədi sevdayi-məhəbət bilib agah olasan.

Göstərib hüsnünü dünyamızı heyran edəsən,
Cümlə aşiqlərə aləmdə nəzərgah olasan.

Yoxdu bir sahibi, can mülkü biyabanə dönüb,
Gələsən sən orada təxt qurub şah olasan.

Nə qədər aşiqi məhv eylədi naz-qəmzə oxu,
Ey könül, kaş ona sən də nişangah olasan.

Qurban olsun demisən Yasini qoy bir telimə,
Daim, ey gül, nə ola böylə xeyirxah olasan.


Tarix: 27.03.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Qezeller